Bakıda həmyerlisi 54 yaşlı kişini bıçaqladı
28 mart 2020 16:52 (UTC +04:00)

Bakıda həmyerlisi 54 yaşlı kişini bıçaqladı


Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1966-cı il təvəllüdlü  Bəxtiyar Mehrəliyev həmyerlisi ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Mərkəzə yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

# 648
avatar

Oxşar yazılar