Metroda cibgiri polis tutdu
28 mart 2020 10:50 (UTC +04:00)

Metroda cibgiri polis tutdu

Bakıda metroda cibgirlik edən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb. 

Şəhər sakini R. Abdullayevanın çantasından 600 manat dəyərində telefonu cibgirlik yolu ilə oğurlanıb. Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü S. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

# 351
avatar

Oxşar yazılar