1369
06:24
28 Mart 2020

Son sutkada Çində cəmi 54 nəfərdə koronavirus aşkarlanıb

Çində son bir gün ərzində yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 3 nəfər, virusa yoluxanların sayı isə 54 nəfər artıb, daha 383 nəfər sağalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, ölüm hallarının hamısı Hubey əyalətində qeydə alınıb. Bununla belə, bu əyalətdə son sutkada heç bir yeni yoluxma halı müşahidə edilməyib.

Ümumilikdə ölkə ərazisində bu günəcən 81 394 nəfər koronavirusa yoluxub, onlardan 74 671 nəfər sağalıb, 3295 nəfərsə ölüb. Bütün yeni yoluxma halları ölkəyə gələnlərdə aşkar olunub.

Dİgər xəbərlər