16:04
27 Mart 2020

“Barselona” onun maaşını artırmalıdır” – Rivaldo

“Barselona”nın sabiq futbolçusu Rivaldo açıqlama verib.

Lent.az -ın “Betfair” nəşrinə istinadən məlumatına görə, o, Kataloniya klubunun qapıçısı Mark-Andre ter Ştegen haqda danışıb.

Rivaldo maaşının artırılmasını tələb edən, bu səbəbdən klubdan ayrılmaq variantı gündəmə gələn alman qolkiperin tərəfini saxlayıb: “Bilirəm ki, “Barselona” rəhbərliyi Markın müqaviləsini yeniləmək, o isə maaşının artırılmasını istəyir. Ter Ştegen hazırkından artıq maaş almağa layiqdir, bununla razıyam. Çünki son illərdə komandanın uğur qazanması üçün çox iş görüb. Onu Lionel Messi və Luis Suareslə eyni səviyyəyə qaldırmaq istəmirəm. Ancaq dəqiqdir ki, Ter Ştegen “Barsa”da ən çox maaş alan futbolçulardan biri olmalıdır”.

Qeyd edək ki, Rivaldo 1997-2002-ci illərdə “Barselona”nın formasını geyinib.

Dİgər xəbərlər