Qırmızı işıqdan keçən avtomobil qəza törədib, xəsarət alanlar var - FOTO
27 mart 2020 06:18 (UTC +04:00)

Qırmızı işıqdan keçən avtomobil qəza törədib, xəsarət alanlar var - FOTO

 

Bakının Nizami rayonunda 2 avtomobilin toqquşması zamanı 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş verib.

İlkin məlumata görə, Qara Qarayev prospektilə hərəkətdə olan "Toyota Prado" markalı avtomobil işıqforun qırmızı işığından keçərək yoluna davam edib.

Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələn - işıqforun yaşıl işığında hərəkətdə olan "Opel" markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən "Toyota" yol-hərəkət nişanını qıraraq səkiyə çıxıb.

Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Nəbiyev Emil Hacıkərim oğlu və onun atası 1974-cü il təvəllüdlü Nəbiyev Hacıkərim Qiyas oğlu ağır xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları, eləcə də Təcili Tibbi Yardım briqadası cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Yolda sıxlığın qarşısını almaq məqsədilə polis əməkdaşları tənzimləmə işləri aparıb.

Hadisənin təfərrüatı araşdırılır.

# 585
avatar

Oxşar yazılar