
Polis xuliqanlıq edən silahlı şəxsləri saxladı - FOTO

Bərdə Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, martın 25-də rayon sakinləri-əvvəllər məhkum edilmiş Fərid Aslanov, Asif Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomaşınla Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər. Bu zaman onlar vətəndaşlara məxsus avtomaşınlara ziyan vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar. Ə.Əsədovun idarə etdiyi “Priora” markalı avtomaşına baxış keçirilən zaman 1 ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah, 1 ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana həmçinin F. Aslanovun üzərindən 1 ədəd beşbarmaq və 2 ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan başqa F. Aslanovun üzərindən heroin, A. Süleymanovdan isə tiryək aşkar edilərək götürülmüşdür. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar yazılar

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26
Ötən il qaçırılan avtomobillərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 17:42
Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 , 17:24
Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
21 yanvar 2021 , 15:56
Ötən il hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 yanvar 2021 , 15:51