13:47
19 Mart 2020

Rusiyada professor koronavirusdan öldü - YENİLƏNİB

Rusiyada koronavirusdan ölən şəxslə bağlı təfərrüatlar açıqlanıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, dünyasını dəyişən İ.M.Qubkin adına neft və qaz Rusiya Dövlət Universitetinin professoru Valentina Zubarevadır.

***

12:19

Rusiyada koronavirusdan ilk ölüm qeydə alınıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Moskvada 79 yaşlı qadın koronavirusdan həyatını itirib.

Bundan başqa, Meksikada da ilk ölüm faktı baş verib. 41 yaşındakı diabet xəstəsi yoluxduğu yeni növ virusdan ölüb.

Qeyd edək ki, ötən gün İtaliyada koronavirus səbəbindən 475 adam ölüb.

Dİgər xəbərlər