Əməkdar artistin maşınını yardılar
17 mart 2020 17:02 (UTC +04:00)

Əməkdar artistin maşınını yardılar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimovun maşınını talayıblar. Daha doğrusu, maşını oğurlamaq istəyiblər.

Bu barədə Lent.az-a aktyor özü məlumat verib. Onun sözlərinə görə, hadisə onun yaşadığı evin qarşısında, həyətdə baş verib: “Mən Yasamal rayonu, Şəfayət Mehdiyev 558 ünvanında yaşayıram. Həyətdə avtomobilin arxa şüşəsini sındırıb maşının bütün elektrik nagillərini doğrayıblar. Belə görünür ki, məqsəd avtomobili qaçırmaq olub, amma işə sala bilməyiblər.”

Aktyor Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

# 1828
avatar

Oxşar yazılar