Ticarət mərkəzlərində məhdudiyyətlərlə əlaqədar təzminat ödənilməyəcək - RƏSMİ
13 mart 2020 21:56 (UTC +04:00)

Ticarət mərkəzlərində məhdudiyyətlərlə əlaqədar təzminat ödənilməyəcək - RƏSMİ

“Koronavirus təhlükəsi ilə bağlı ticarət mərkəzlərində məhdudiyyətlərlə bağlı təzminat ödənilməsi nəzərdə tutulmur”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, bu məhdudiyyətlər həm də həmin sahibkarların, onların ailə üzvlərinin sağlamlığının qorunması üçündür.

# 1715
avatar

Oxşar yazılar