“Kurtlar Vadisi” serialının məşhur aktrisası Nilay Dorsa Qazaxıstanda qeyri-adi addımı ilə diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aparıcı və model buzla örtülmüş gölə girib.
Havanın temperaturunun mənfi 30 dərəcəyədək düşdüyü ərazidə tamamilə buz bağlamış gölə daxil olan Dorsa həmin anları lentə aldırıb.
Şaxtalı havada etdiyi bu hərəkətlə diqqət çəkən məşhurun görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb. Minlərlə insanın izlədiyi video çoxsaylı şərhlər toplayıb.