5605
13:00
13 Mart 2020

Az qalırdılar ki, çıxıb oynasınlar - Siyavuş Novruzovdan İLGİNC AÇIQLAMA

“Bu günlərdə Azərbaycanda yalandan ajiotaj yaradılır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, dövlət neftin qiymətinin düşməsinin yaratdığı problemlərlə bağlı lazımi addımlar atır: “Osmanqızının verilişinə baxırdım. Az qalırdılar ki, neftin qiymətinin düşməsinə görə oynasınlar. Neftin qiyməti düşübsə, bizim hər bir vətəndaşımız əziyyət çəkir. Əgər sən vətəndaşı düşünürsənsə, niyə sevinirsən?! Qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. Deməli, onlar vətəndaşların yaxşı yaşamasının əleyhinə olan adamlardır. Mən o verilişə hər gün baxıram. Hər gün o verilişdə eyni şeylər təkrarlanır. İnsanların zəlzələdən evi uçanda dövlət vətəndaşa ev tikir, yanğından evi yanan vətəndaşa dövlət ev verir. Başqa ölkələrdə belə addım atılmır. Dövlət insanlara dədəsi-babası tikəndən daha yaxşı ev tikib verib. Burada da hansı problem olsa, dövlət, dövlət başçısı bunu həll edəcək. 5-3 adamın verdiyi şərhlərə insanlarımız uymasın. Dövlət və dövlət başçısı insanlarımızın problemlərini həll edəcək”.