“Eurovision 2020” müsabiqəsi təxirə salınır? - RƏSMİ CAVAB
08 mart 2020 19:10 (UTC +04:00)

“Eurovision 2020” müsabiqəsi təxirə salınır? - RƏSMİ CAVAB

Avropanın əksər ölkələrində bütün idman və mədəniyyət tədbirləri ləğv edilib. Rotterdamda keçiriləcək “Eurovision 2020” mahnı müsabiqəsi ilə bağlı isə hələlik yekun qərar verilməyib.

Müsabiqəyə ev sahibliyi edəcək ölkənin müvafiq qurumları Beynəlxalq Səhiyyə Təşkilatı ilə razılıq əsasında lazımi tədbirlərin görüldüyünü bildirib.

Avropa Yayım Birliyi (EBU) isə müsabiqə ilə bağlı hər hansı qərar vermək üçün hələ tez olduğunu açıqlayıb: “Avropada vəziyyəti yaxından izləyərək qərar qəbul ediləcək”. Ancaq müsabiqənin təxirə salınmaması məqsədi ilə artıq bir neçə plan da hazırlanıb. Belə ki, müsabiqənin keçirilməsinə dair B planına əsasən, müsabiqə online, ancaq qapalı keçirilə bilər. Yəni, ictimaiyyətin iştirakı olmadan, hər bir müğənni mahnısını ölkəsindən online şəkildə səsləndirəcək.

EBU-nun Cenevrədə yerləşən baş qərargahında isə bir nəfər koronavirusa yoluxub. Bununla bağlı təşkilat martın 13-dək bütün səfərlərlə bağlı əməkdaşlarına qadağa qoyub.
Qeyd edək ki, “Eurovision 2020” mahnı müsabiqəsinin yarımfinallarının mayın 12-də və 14-də, final konsertinin isə mayın 16-da keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Niderlandda koronavirusa 82 yoluxma faktı qeydə alınıb.

(AZƏRTAC)

# 3235
avatar

Oxşar yazılar