İranda koronavirusdan ölənlərin sayı artıb.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, İranda daha 21 nəfər koronavirusdan həyatını itirib.
Beləliklə ölkədə koronavirusdan ölənlərin sayı 145-ə çatıb.
İranda ümumilikdə 5000-ə yaxın adam koronavirusa yoluxub.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı artaraq 102 594-ə, ölənlərin sayı isə 3501-ə çatıb.