Britaniya bir neçə ölkəyə yüzlərlə uçuşu dayandırıb
02 mart 2020 21:52 (UTC +04:00)

Britaniya bir neçə ölkəyə yüzlərlə uçuşu dayandırıb

Britaniyanın "British Airways" Hava Yolları bir neçə Avropa ölkələrinə yüzlərlə təyyarə uçuşunu koronavirusa görə dayandırıb.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə,  sözügedən şirkəti Britaniyanın "Heathrou" hava limanından İtaliya, Fransa, Avstrya, Belçika, Almaniya, İsveçrə, İrlandiya və Nyu-Yorkun "JFK" hava limanına olan uçuşları təxirə salıb.  

Bununla yanaşı, Britaniyanın "Gatwick" hava limanından İtaliya, Albaniya və Fransaya olan uçuşlar da ləğv edilib.

Hava yollarının məlumatına görə, bu dəyişiklik 16-28 mart tarixləri arasında olan uçuşlara təsir edəcək. 

 

# 967
avatar

Oxşar yazılar