Azərbaycan, Rusiya və Ukrayna opera ulduzları "Aida" operasında
02 mart 2020 19:27 (UTC +04:00)

Azərbaycan, Rusiya və Ukrayna opera ulduzları "Aida" operasında

Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operasının tamaşası olacaq.

Lent.az-ın məlumatına görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da  iştirak edəcəklər.

Opera tamaşasında Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.  Aida partiyasını isə Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Azərbaycanın xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov tamaşada müvafiq olaraq Misir şahı və  Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, əməkdar artistlər Səbinə Vahabzadə Amneris, Cahangir Qurbanov Amonasro rollarında   çıxış edəcəklər.

Operanı idarə etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor  Vyaçeslav Voliç  dəvət olunub.

# 2767
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar