Bu qidaları təkrar isidəndə zəhərləyə bilər
28 fevral 2020 09:30 (UTC +04:00)

Bu qidaları təkrar isidəndə zəhərləyə bilər

Gündəlik olaraq artıq qalan yeməkləri bir neçə dəfə isidib yemək adəti çoxlarına tanışdır. Təbii ki, əksəriyyət yemək artıq qalanda onu atmır, növbəti dəfə isdərək qəbul edir. Amma mütəxəssislər hesab edir ki, bəzi qidalar təkrar isidilib yeyiləndə zəhərləyə bilir.

e-tibb.az xəbər verir ki, yeməklərin təkrar isidilib yeyilməsinin qida keyfiyyətini aşağı saldığı, bakteriyaların inkişafına səbəb olduğu, bir sözlə, sağlamlıq problemləri yaratdığı bildirilir. Qaydalara görə, artıq qalan yeməklər tez bir zamanda soyuducuya qoyulmalıdır. Ən çox da ət yeməkləri, toyuq, mal əti, yumurtadan hazırlanan yeməkləri otaq şəraitində saxlamaq düzgün sayılmır. Onların zəhərlənməyə səbəb olma ehtimalı daha çoxdur. Uzun zaman otaq temperaturunda qalan qidalar təhlükəyə yol açır.

Bakteriyaların yaşaya bilməsi üçün nəm mühit lazımdır, bütün qidalarda nəm mühit, yəni maye var. Bu isə bakteriyaların yaranması və çoxalmasına səbəb olur. Xörəklər, bişirilmiş tərəvəzlər, eləcə də bişirilməyə hazırlanan məhsullar uzun zaman otaq temperaturunda qalarsa, istifadə olunmamalıdır.

Bişəndən sonra qidalar uzun müddətə yalnız buzxanada saxlanmalı, oradan çıxarılan kimi isidilib yeyilməlidir. Soyuducudan çıxarılan qidaları buzu açılana qədər otaq temperaturunda saxlamaq belə, bakteriyaların yaranmasına səbəb olur. Ona görə də hesab olunur ki, belə qidaların buzunu mikrodalğalı sobada açıb, istifadə etmək, isidiləndən sonra dərhal yemək lazımdır.

Bişmiş yeməkləri soyuducuya üzəri açıq yerləşdirmək, ət, qıyma, toyuq olan yerdə saxlamaq olmaz.

Bəs ikinci dəfə isidiləndə təhlükəli sayılan qidalar hansılardır?

Bu sırada xüsusilə ispanaq, göbələk, yumurta, toyuq, çuğundur, kartof, düyünün olduğu bildirilir. Hesab olunur ki, onları yeyiləcək qədər bişirmək, bişən kimi yemək, sonraya saxlamamaq lazımdır. Həmin qidaları ikinci, üçüncü dəfə isidib yeyəndə zəhərlənmə ehtimalı çox böyükdür.

# 2965
avatar

Oxşar yazılar