Azərbaycanlı həkim koronavurusla bağlı DƏRMAN tapdı
26 fevral 2020 12:22 (UTC +04:00)

Azərbaycanlı həkim koronavurusla bağlı DƏRMAN tapdı

 

“Koronaviruslar normalda qorxulu olmayan adi qrip zamanı insanı yoluxduran viruslardır. Simptomları hamıya bəlli olan bir xəstəliklərdir. Son zamanlar koronavirusların yeni ştamları MERS-CoV, SARA-Cov və 2019-nCoV əmələ gəlib, bunlar daha ağır simtomlara səbəb olur. Bunlardan MERS və Vuhan 2019 koronavirusları daha ciddi yuxarı tənəffüs yolları çatışmazlığına səbəb olur”.

Lent.az xəbər verir ki, bu məlumatı həkim-fitoterapevt Füzuli Hüseynov açıqlayıb. Koronavirusların elmə 1960-cı illərdən məlum olduğunu deyən həkim, sadəcə son zamanlara qədər ağır formalarının olmadığını vurğulayıb: “Koronavirusları 2 hissəyə bölərək birinə adi koronaviruslar, digərinə təhlükəli koronaviruslar deyə bilərik. Adi koronaviruslarda burun axması, arada temperatur, bəzi hallarda badamcıqların böyüməsi müşahidə olunursa, təhlükəli koronaviruslarda burun axması olmaya bilər, ya da az-az ola bilər. Badamcıqlar böyüyür, nəfəs alma çətinləşir, bəzən xırıltılı və olduqca çətin nəfəs alma prosesi baş verir. Yüksək temperatur ilə müşayət olunur. Hazırda bizi maraqlandıran Vuhan virusunun bir insanda aşkar edilməsi zamanı həmin insanın 27 gün digər insanların girə bilməyəcəyi xüsusi otaqlarda (bokslarda) saxlanılması lazımdır ki, xəstəlik  yayılmasın”.

Yeni virusa tutulanlarda ölüm faizi nə qədər olur?

 Yeni növ koronaviruslara tutulanlar arasında ölüm halına gəlincə, F.Hüseynov bildirb ki, ölüm halları yaşlılarda və uşaqlarda daha çox qeydə alınır: “Ölüm halı isə cəmi 3 faizdir. Yəni hər 100 adamın bu xəstəliyə tutulması 3 adamın ölümü ilə nəticələnir. Ümumiyyətlə, dünyada ildə 650 min insan qripdən ölür. Amma bu o qədər təşviş yaratmasa da, cəmi 2000 adamın ölümü bütün dünyanı silkələyir. Birazdan havalar isinəcək. Havanın istiləşməsi bu virusların məhv olması deməkdir. Hava 25-27 dərəcə isinərsə, ətrafımızda nə qədər koronavirus varsa hamısı öləcək. Koronavirusların ən böyük düşməni günəşdir. Bol su için. Su bədəndə virusların sıx yayılmasının qarşısını alır. Qorunmaq üçün yaxşı üsullardan biri də burun maskalarıdır. Koronaviruslar viruslar içərisində ən böyük viruslardan olduqlarından adi burun maskaları onları rahat şəkildə saxlaya bilirlər. Evə gələn kimi əllərinizi sabunla yuyun. Ümumiyyətlə, gün ərzində 5-6 dəfə əllərinizi sabunla yumağa vərdiş edin, sabun ələ bulaşmış virusların hamısını təmizləyir. Əgər immunitet yüksək səviyyədə olarsa koronaviruslar və başqa viruslar insana öldürücü təsir edə bilməzlər.

Qeyd edək ki, həkim immuniteti yüksəltmək məcun da tövsiyə edib. 

Zəncəfil kökü tozu – 40 qram

Ud hindi kökü tozu 100 qram

Qarazirə toxumu tozu 100 qram 

Bal 1 kiloqram 

Bitkilər quru toz formasında bal ilə qarışdırılır. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yeyilir. Məcundan bədən zəifliyində, zəif immunitetdə, xroniki bronxitlərdə də istidadə edə bilərsiniz.

Maska taxmırsınızsa, profilaktik məqsədlə hər gün burun dəliklərinə 3-4 damcı ud hindinin zeytun yağında olan məhlulunu tökün, həm də burun ətrafına çəkin. Ud hindi yağı virus əleyhinə təsir göstərir. 

 

 

 

 

 

 

 

# 4550
avatar

Aygün İbrahimli

Oxşar yazılar