651
11:38
26 Fevral 2020

Xocalı soyqırımı məsələsinə niyə Beynəlxalq Cinayət Məhkəmədə baxılmır? - AÇIQLAMA

“Həm Serj Sərkisyan, həm Robert Kösəryan barədə 1988-1992-ci illərdə Dağlıq Qarabağda azərbaycanlı əhalisinə qarşı zorakılıq və törədilən cinayətlərlə bağlı cinayət işləri var”.

APA-nın məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

E. Tağıyev bildirib ki, Xocalı soyqırımı ilə bağlı 39 nəfər barəsində İnterpola müraciət edilib: “Həmin şəxslərdən indiyə qədər saxlanılanlar yoxdur. Cavab belədir ki, bu istiqamətdə işlər davam edir”.

Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Əliyeva isə qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə 2002-ci ildə yaradılıb:

“Bu günə qədər nə Azərbaycan nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.