ABŞ-dan İrana İTTİHAM: koronavirusla bağlı informasiyalar gizlədilir
25 fevral 2020 19:52 (UTC +04:00)

ABŞ-dan İrana İTTİHAM: koronavirusla bağlı informasiyalar gizlədilir

"ABŞ İranın koronavirusla bağlı olduqca vacib informasiyaları gizlətməsindən narahatdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yeni yayılan virus nəticəsində ölənlərin sayına görə, İran Çindən sonra ikinci yerdədir.

Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 95 çatdığını, onlardan 15-nin öldüyünü demişdi. Həftənin bazar ertəsinə olan məlumata görə isə xəstəliyə yoluxanların sayı 34 nəfər, ölənlərin sayı isə üç dəfə artıb. Bu isə fevralın 19-dan bəri  koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstəricidir.  

# 2029
avatar

Oxşar yazılar