Nazirlik ağac kəsən şirkəti cərimələdi
25 fevral 2020 17:17 (UTC +04:00)

Nazirlik ağac kəsən şirkəti cərimələdi

Nəsimi rayonu, C.Səlimov 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti Nazirliyin əməkdaşları yerində araşdırıb.

Lent.az xəbər verir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin həmin ünvana keçirilən baxış zamanı ərazidə 1 ədəd qovaq ağacı və 2 ədəd lüqustr kolunun kəsildiyinin məlum olduğunu açıqlayıb.

O qeyd edib ki, ağac və kolların ərazidə “Casbak-Trade” Məhdud Məsuliyyətli Cəmiyyətin tikinti aparanda kəsildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub. Cəmiyyətin hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə oluması üçün toplanan materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

 

 

# 804
avatar

Aygün İbrahimli

Oxşar yazılar