Çəyirtkələr dünyaya "hücuma" keçdi  - VİDEO
24 fevral 2020 17:35 (UTC +04:00)

Çəyirtkələr dünyaya "hücuma" keçdi - VİDEO

Çəyirtkələr dünyaya “hücuma” keçib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrikadan əsən güclü küləklə birlikdə havaya qalxan çəyirtkə sürüsü Keniya, Efiyopiya, Somali, Səudiyyə Ərəbistanını basıb.    

Çəyirtkələr o qədər çoxdur ki, keçdikləri ərazilərdə sanki gündüzü gecəyə çeviriblər. Əkin sahələrini məhv edərək irəliləyən çəyirtkə sürüsü hazırda koronavirusla mübarizə aparan Çinə doğru uçur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, bir il ərzində vəziyyət nəzarət altına alınmasa, "çəyirtkə vəbası" baş verə bilər.

 

 

 

 

# 4105
avatar

Aygün İbrahimli

Oxşar yazılar