“Yuventus”la yeni müqavilə bağladı
24 fevral 2020 12:38 (UTC +04:00)

“Yuventus”la yeni müqavilə bağladı

 

“Yuventus”un futbolçusu Bleyz Matuidi gələcək karyerası ilə bağlı qərar verib. 

Lent.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi Turin klubunun yeni müqavilə təklifini qəbul edib.

Matuidinin “qoca sinyora” ilə qüvvədə olan sözləşməsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulmuşdu. Yeni razılaşmaya əsasən, təcrübəli xavbek növbəti mövsümü də “Yuventus”da keçirəcək.

Qeyd edək ki, 33 yaşlı B.Matuidi “Yuventus”a 2017-ci ildə PSJ-dən transfer olunub. O, İtaliya çempionatının cari mövsümündə 22 oyunda meydana çıxıb.

 

# 1601
avatar

Rizvan Babayev

Oxşar yazılar