Kolumbiyada qatar avtomobili vurdu: 4 ölü
24 fevral 2020 07:20 (UTC +04:00)

Kolumbiyada qatar avtomobili vurdu: 4 ölü

Kolumbiyanın şimalında minik avtomobili dəmir yolu keçidində qatarla toqquşub. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Sienaqa bələdiyyəsində (Maqdalenanın şimal departamenti) baş verən hadisə nəticəsində avtomobildə olan sürücü və 3 sərnişin ölüb. 

Bildirilib ki, dəmir yolu keçidindən keçməyə çalışan sürücü qatarın yaxınlaşdığını görməyib. 

Faktla bağlı istintaq başladılıb.

 

# 918
avatar

Oxşar yazılar