Ana iki azyaşlı övladı ilə birgə itkin düşdü
21 fevral 2020 09:02 (UTC +04:00)

Ana iki azyaşlı övladı ilə birgə itkin düşdü

0

Ağstafada ana iki azyaşlı ilə birgə itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə Ağstafa rayon prokurorluğu “Xüsusi məlumatlar” informasiya sisteminə məlumat verib. Belə ki, fevralın 18-də saat 11-17 aralığında 25 yaşlı Babaşova Jalə Vaqif qızı övladları olan 6 yaşlı Elcan Quşçuyevi və 3 yaşlı Elnar Quşçuyevi götürərək naməlum istiqamətdə gedərək itkin düşüblər.

Faktla bağlı J.Babaşovanın qayınanası Quşçuyeva Narıngil Murğuz qızı fevralın 19-da Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6601

Oxşar yazılar