Metronun iki stansiyasında “BakıKart”la ödəmədə problem yarandı - SƏBƏB
20 fevral 2020 13:44 (UTC +04:00)

Metronun iki stansiyasında “BakıKart”la ödəmədə problem yarandı - SƏBƏB

Bu gün səhər Bakı Metropoliteninin “Neftçilər” və “Qara Qarayev” stansiyalarında yerləşən “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb. 

APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev şəxsi sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, buna səbəb terminalların elektrik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub:

"Problemin “BakıKart” terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir", -  BNA-nın sözçüsü bildirib.

# 1059
avatar

Oxşar yazılar