14:03
19 Fevral 2020

“Onlarla üz-üzə gəlmək istəmirəm”


İspaniyanın “Atletiko” klubunun futbolçusu Alvaro Morata UEFA Çempionlar Liqasının favoritlərini açıqlayıb.

Lent.az -ın məlumatına görə, ispan hücumçu 3 klubun adını çəkib.

Moratanın fikrincə, qitənin ən mötəbər klub turnirinin favoritləri bunlardır: “Yuventus”un heyəti çox güclüdür. Odur ki, onlarla üz-üzə gəlməyi istəməzdim. Digər favoritlər isə PSJ və rəqibimiz olan “Liverpul”dur. “Mersisaydlılar” Çempionlar Liqasının son qalibi, hazırda Premyer Liqanın lideridir. PSJ-nin gücü barədə isə danışmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, Moratanın formasını geyindiyi “Atletiko” ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Liverpul”u 1:0 hesabı ilə üstələyib.

Dİgər xəbərlər