“Gələcəyin təyyarəsi” təqdim edildi
16 fevral 2020 15:27 (UTC +04:00)

“Gələcəyin təyyarəsi” təqdim edildi

“Airbus” şirkəti Sinqapurda yerləşən aviasalonda “gələcəyin təyyarəsi”nin yeni modelini təqdim edib. “Maveric” adlandırılmış model yanacaq istehlakını və atmosferə düşən karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmağa yardım edəcək. Bu problemi iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bütün nəhəng aviaşirkətlər həll etməyə çalışırlar.

“Airbus” konstruktorları korpus və qanadların vahid hamar formaya uyğunlaşdırılması yolu ilə uçuş zamanı müqaviməti minimuma endirməyi nəzərdə tutublar ki, bu da yanacaq sərfiyyatını 20 faiz azaltmağa kömək edəcək. Lakin iki məqam hələ ki, qaranlıq qalır: təyyarədə pəncərələr olacaqmı (nümayiş etdirilən modeldə pəncərələr yoxdur) və sərnişin kresloları necə yerləşdiriləcək?

Yeni modelin uçuş sınaqları 2019-cu ilin iyun ayında Fransada uğurla keçirilib və 2020-ci ilin ortalarına qədər Tuluza şəhəri yaxınlığında yerləşən təlim meydanında davam etdiriləcək.

(belta.by)

# 1852
avatar

Oxşar yazılar