932
09:34
16 Fevral 2020

ABŞ-ın bu səfirliyi və hərbi bazası raket atəşinə tutulub

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə raket səfirlik binasının yaxınlığına düşüb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

“Reuters” agentliyi isə raket zərbələrinin hədəfinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın bazası olduğu barədə xəbər yayıb. Baza ABŞ səfirliyi yaxınlığında yerləşir.