2717
14:54
15 Fevral 2020

Koronavirus Avropada da CAN ALDI


Asiya xaricində koronavirusdan ilk ölüm halı qeydə alınıb.

APA “Hürriyyət”ə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Agnes Buzin məlumat verib.

O bildirib ki, Parisdə olan çinli turist koronavirusdan (COVID19) həyatını itirib. Həmin şəxs 80 yaşlı qadın olub.

Qeyd edək ki, koronavirusdan ölənlərin sayı 1526 nəfərə çatıb.