17:31
13 Fevral 2020

33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı sosial şəbəkələrdə yayılan görüntülərə də xüsusi diqqət yetirmişik. Bu görüntülər şikayətçilər tərəfindən də bizə disk formasında təqdim olunub. Araşdırmalar nəticəsində məlum olub ki, 33 saylı Seçki Dairəsində qanun pozuntuları baş verib, səsvermənin gedişində qanunvericiliyin tələblərinə uyğun olmayan addımlar atılıb. Mübahisələndirilən 17 məntəqə üzrə pozuntular təsdiqini tapıb, Mərkəzi Seçki Komissiyasının protokollarına da baxılıb və əlavə 4 məntəqədə də pozuntular aşkar olunub. Ümumi 21 məntəqədə qanun pozuntuları aşkar edilib”.

Məsələ müzakirəyə çıxarılıb, 33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olunub.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan olunmuşdu.

Dİgər xəbərlər