Rövşən Lənkəranskinin adamlarına 64 il həbs cəzası
12 fevral 2020 12:55 (UTC +04:00)

Rövşən Lənkəranskinin adamlarına 64 il həbs cəzası

Rusiyanın Sverdlovsk vilayət məhkəməsində bu vilayətin Nijni Taqil şəhərini qorxu içində saxlayan dəstə üzvlərinə hökm oxunub.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hakim Aleksandr Andreyevin sədrliyi ilə keçirilən iclasda Rövşən Lənkəranskinin Ural üzrə nəzarətçiləri olan 12 nəfər üst-üstə 64 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məlumata görə, müttəhimlər kürsüsündə İsa və İlkin Əbilov qardaşları, Telman Vəliyev, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Denis Qayev, Emil Əqidov, Xıdır Hacıyev, Eduard Traksel, Orxan Muradov və Roman Lenkovski əyləşiblər. Onlar quldurluq, qanunsuz silah gəzdirmə, hədə-qorxuyla pul tələb etmə, ölümlə təhdid və digər maddələrlə ittiham ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107

Oxşar yazılar