907
09:31
12 Fevral 2020

Bakıda tələbə qız dəm qazından boğularaq öldü

Bakıda tələbə dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.