16:21
10 Fevral 2020

Mourinyonun keçəl olmasının səbəbi: “Bərbərxanada yuxuya getdim...”

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo saçlarını dibdən qırxdırmasının səbəbini açıqlayıb.

Lent.az -ın məlumatına görə, o, bunu Londondakı “Haks & Oscar” bərbərxanasında yuxuya getməsi ilə əlaqələndirib.

“Zamanla eksperimentlər etmək xoşuma gəlir. Ancaq bu dəfə bir az fərqli oldu. Bərbərin yanında olarkən yuxuya getdim və oyananda saçlarımın dəhşətli dərəcədə pis göründüyünü anladım. Bundan sonra saçlarımı dibdən qırxmasını xahiş etdim”, - J.Mourinyo bildirib.

57 yaşlı mütəxəssis gələcək karyerası haqda da danışıb. O, hələ “Tottenhem”dən ayrılmaq fikrində olmadığını bildirib: “Burada özümü xoşbəxt hiss edirəm. Odur ki, yayılan şayiələrə inanmayın”.

Qeyd edək ki, Joze Mourinyo “Tottenhem”in baş məşqçisi postunda Maurisio Poçettinonu əvəzləyib.

Dİgər xəbərlər