"Çox məmnun qalmışıq” - Beynəlxalq müşahidəçi
10 fevral 2020 10:08 (UTC +04:00)

"Çox məmnun qalmışıq” - Beynəlxalq müşahidəçi

Çex parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Azərbaycanda parlament seçkilərini izləmiş Çex parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Deputatlar Palatasının üzvü Yaroslav Holik bildirib ki, seçkiləri 16 seçki məntəqəsində müşahidə edib: “Həm seçici siyahılarını yoxlamışıq, həm də seçki keçirilən məntəqələrin şəklini çəkmişik. Seçkilərin keçirilmə şəraitindən çox məmnun qalmışıq”.

Y. Holik qeyd edib ki, müşahidə zamanı öz ölkəsindəki seçkilərlə buradakı seçkilər arasında 4 fərq müşahidə edib: “Çexiyada seçkilər keçiriləndə seçki məntəqələrində seçicinin adı və soyadı olan siyahı olur. Seçici, sadəcə adı soyadını bu siyahıda tapıb şəxsiyyət vəsiqəsini göstərdikdən sonra ora işarə qoyur. Azərbaycanda isə seçici öz imzası ilə səs verdiyini təsdiq etməlidir. Digər tərəfdən, Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb. Bu, məni sevindir. Bundan başqa, hər seçici məntəqəyə girəndə onun barmağı boyanır ki, 2-ci dəfə səs verə bilməsin. Öz fəaliyyətim zamanı bunu Kambocada da görmüşdün. Bu, çox düzgün addımdır”.

Y. Holik nəzərə çatdırıb ki, Çex Respublikasından 4 qrup müşahidəçi seçkiləri müşahidə etmək üçün gəlib.  

Y. Holik Azərbaycanın Qarabağ problemi ilə bağlı deyib ki, bu gün Azərbaycan xalqı ayrılığa düçar olan xalqdır. Məsələn, Dağlıq Qarabağ. Bu, yaxşı hal deyil”.

# 635
avatar

Oxşar yazılar