703
10:59
08 Fevral 2020

Məhkum dostuna alma gətirdi: içərisində telefon aşkar edildi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Lent.az -a Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5; 228.1 və 234.1-ci maddələrinə əsasən 10 il azadlıqdan məhrum edilən və hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Məmmədov İsgəndər Aftandil oğluna dostu, Gəncə şəhər sakini Məmmədov Ruslan Arif oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan almaların içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.