1671
23:25
07 Fevral 2020

3 erməni hərbçisi qar uçqununda öldü

Erməni ordusunun müqavilə əsasında xidmət keçən 4 hərbçisi Syunik bölgəsində qar uçqunu altında qalıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində hərbçilərdən üçünün meyiti tapılıb, bir hərbçi isə xilas edilib.