Çində koronavirusdan ölənlərin sayı 636 nəfərə çatıb
07 fevral 2020 05:32 (UTC +04:00)

Çində koronavirusdan ölənlərin sayı 636 nəfərə çatıb

 

Çində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 31,1 min nəfərə, bu virusdan ölənlərin sayı 636 nəfərə çatıb, 1540 nəfər isə tam sağalıb.

APA xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə məsələləri Komitəsi bildirib.

Bundan əvvəl “Vanyi” portalı 30,6 min nəfərin yoluxması, 633 nəfərin ölümü, 1,4 min nəfərinsə tam sağaldığı barədə məlumat yazıb.

Məlumatlara görə, 186 min nəfər karantində nəzarət altındadır. Yoluxmanın ən yüksək göstəricisi – 22,1 min nəfər – Hubey vilayətində qeydə alınıb. Orada 618 nəfər bu virusdan ölüb, 817 nəfər sağalaraq evə buraxılıb.

# 1622
avatar

Oxşar yazılar