19:56
03 Fevral 2020

Bu vasitə ilə “Wi-Fi” siqnalını 10 dəfə artırmaq mümkündür

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda simsiz internet siqnalını gücləndirmək üçün ucuz üsul hazırlayıblar.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, “RFocus” adlı "ağıllı səth" – bu, 3000 kiçikölçülü antenadan ibarət massivdir, onu divara və ya adi lövhəyə bərkitmək olar. Faktiki olaraq, bu səth siqnal gücləndiricisi kimi işləyir. O, marşrutlayıcıdan “Wi-Fi” siqnalını qəbul edir və onu başqa qurğulara ötürür.

Bu, “Wi-Fi” və ya “5G” siqnalının gücləndirilməsi üçün ucuz və sadə üsuldur. İlk sınaqda "ağıllı səth" siqnalı 10 dəfə gücləndirə və şəbəkənin buraxılış qabiliyyətini 2 dəfə artıra bilib.

Dİgər xəbərlər