779
10:13
03 Fevral 2020

Çində təhsil alan azərbaycanlı və Çin vətəndaşı karantinə alındılar

Hazırda Kıiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən APA -ya verilən xəbərə görə, onlardan biri 24 yaşlı Çin vətəndaşıdır. Sonuncu dəfə yanvarın 19-da Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

İkinci xəstə isə 26 yaşlı Azərbaycan vətəndaşıdır. Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssisəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.