Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi yerkökü salatının necə hazırlanması ilə tanış edəcəyik.
Ərzaqlar:
- 8 ədəd yerkökü
- 5 xörək qaşığı zeytun yağı
- Təxminən 2 stəkan qatıq
- 4 diş sarımsaq
- Duz
- Doğranmış şüyüd, bəzəmək üçün (mütləq deyil)
Hazırlanması:
- Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin
- Tavada zeytun yağını qızdırın.
- Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri iri qarışdırma qabına qoyub soyudun.
- Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.
- Zövqə görə duz vurun və yaxşıca qarışdırın.
- Lazımdırsa, bir az da qatıq qatın – salat quru olmamalıdır.
- Salatı bir az soyuducuda saxlayın.
- Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz.
Nuş olsun!