12:49
31 Yanvar 2020

İdman klublarının ən zəngin sahibləri - SİYAHI

Dünyanın idman klublarının sahibləri arasında ən zəngin adamların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəl “Ceoworld” jurnalının ekspertləri tərəfindən tərtib olunub.

20 ən varlı klub sahibinin ümumi varidatı 195,9 milyard dollar təşkil edir. Cədvəlin ilk pilləsində amerikalı Stiv Balmer qərarlaşıb. 2014-cü ildə “Microsoft”un baş direktoru vəzifəsini tərk edən biznesmen səhmlərin böyük hissəsini özündə saxlayıb. O, Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən “Los-Anceles Klippers”in sahibidir.

Siyahının ilk 10 pilləsində əsasən ABŞ klublarına sahiblik edən milyardçılar yer alıb. Düzdür, 5 klubda pay sahibi olan Stenli Kronke İngiltərə “Arsenal”ında da söz sahiblərindəndir. “Topçular” sahiblərindən birinin ilk “onluğ”a düşdüyü yeganə Avropa təmsilçisidir.

İdman klublarının ən varlı sahibləri

1. Stiv Balmer (“Los-Anceles Klippers”) – 61,7 milyard dollar

2. Devid Tepper (“Karolina Panters”) – 12 milyard dollar

3. Filip Anşuts (“Los-Anceles Kinqz”, “Los-Anceles Qalaksi”) – 11,5 milyard dollar

4. Stenli Kronke (“Los-Anceles Rams”, “Kolorado Evelanş”, “Denver Naqqets”, “Kolorado Rapids”, “Arsenal”) – 9,7 milyard dollar

5. Robert Pera (“Memfis Qrizzliz”) – 9,1 milyard dollar

6. Cerri Cons (“Dallas Kovboys”) – 8,2 milyard dollar

7. Şahid Xan (“Ceksonvill Yaquars” – 8,2 milyard dollar

8. Mikki Arison (“Mayami Hit”) – 8 milyard dollar

9. Stiven Ross (“Mayami Dolfins”) – 7,6 milyard dollar

10. Daniel Gilbert (“Klivlend Kavalyers”) – 7 milyard dollar

Dİgər xəbərlər