“Mərcan” xəbərdarlıq edir: Ucuz ətin şorbası.... təhlükəli ola bilər!
29 yanvar 2020 12:46 (UTC +04:00)

“Mərcan” xəbərdarlıq edir: Ucuz ətin şorbası.... təhlükəli ola bilər!

 

3 ildir sorağı eşidilməyən “Quş qripi ” virusu yenidən Ukraynada baş qaldırmaqla bütün Avropa və MDB-ni təşvişə salıb. Əsasən köçəri quşlardan  ötürülən H5N8 virusu ötən həftələr Şərqi Avropada da yayılmağa başlayıb. Polşa, Rumıniya, Slovakiya, Çexiya və Macarıstanda quşçuluqla məşğul olan bir çox müəssisə zərər görüb.

Avropa şurasının  bəyanatına görə Ukraynadan quş əti , quş əti məhsulları, termiki emaldan keçməyən quş ətindən hazırlananmış yarım-fabrikatlar  ixrac oluna bilməz. Bəs bu qadağalar xəstəliyin yayılmasının qarşısını ala biləcəkmi?

Mövcud real problemlərdən biri  ukraynalı istehsalçıların əllərində qalan küllü miqdarda toyuq əti məhsullarıdır. Bu məhsullar başqa ölkələr üçün ciddi təhlükə mənbəyidir. Əlbəttə ki, vicdanlı müəssisə rəhbərləri maddi zərər çəksələr də bu məhsulları tələf edir. Lakin dələduzları unutmaq olmaz. Hər vəziyyətdə öz xeyrini güdənlər bu situasiyadan sui-istifadə edə, məhv ediləsi məhsulları başqa ölkələrə, o cümlədən Azərbaycana çox ucuz qiymətə gətirə bilərlər.

Məsələ ilə bağlı “Mərcan” quş əti istehsalçısı olan Azerbaijan Poultry şirkətinin PR və Kommunikasiyalar meneceri Günay Əkbərlə əlaqə saxladıq. Günay Əkbər bildirdi:

 “Diqqət etmisinizsə, bəzən mağaza piştaxtalarında şirnikdirici ucuz qiymətə toyuq və toyuq əti məhsulları satılır. Quş əti istehsalından məlumatı olanlar bilir ki, elə ucuz qiymətə sağlam məhsulu satmaq real deyil. Lakin, əsasən qiymətə əhəmiyyət verən bəzi alıcılar belə məqamlara, o cümlədən məhsulların kefiyyətsiz qablaşmasına, müvafiq sertifikatlara sahib olub-olmamasına fikir vermir. Bəzən hətta məhsulun saxlanma şəraiti belə standartlardan kənar olur. Temperatur rejiminə diqqət edilmir.”

Günay Əkbər əsas problemlərin xüsusilə açıq – yəni qablaşmasız satılan məhsullarda rast gəlindiyini vurğuladı:

“Nədənsə alıcılarda yalnış olaraq bir təsəvvür var ki, məhsul açıq satılırsa təbiidir. Hərçənd eyni şirkət sizə eyni məhsulu həm qablaşdırılmış, həm də açıq vəziyyətdə təqdim edə bilir. Mənbəyi bilinməyən, orqanizm üçün təhlükəli məhsullar əsasən açıq satılır. Belə məhsullar çox suallar, problemlər yarada bilir. Qablaşması olmadığına görə əmtəə nişanını dəyişməklə, məhsulu başqa adla sata bilirlər. Açıq satıldığına görə gigiyena qaydalarına riayət olunmur, mikroblar, bakteriyalar üçün əlverişli mühit yaranır və s.

Kefiyyətli toyuq əti almaq və fərqli virusların vüsət aldığı bir zamanda özünü və ailəsini qorumaq üçün bir neçə sadə qaydaya riayət etmək lazımdır:

- Quş ətini yalnız rəsmi bazarlar, supermarket və ticarət mərkəzlərindən almaq olar. Əldən yumurta və toyuq almaq risklidir.

- Məhsulun rənginə, qoxusuna diqqət edin. Yaxşı toyuğun rəngi açıq cəhrayıya, yağı açıq sarıya çalır. Bağlamada dəliklər varsa qoxusunu duymağa çalışın. Daha yaxşı olar ki, havası tamamilə çəkilmiş, vakuum bağlamalara üstünlük verəsiniz. 

- Termiki emaldan keçməyən toyuqdan istifadə etməyin. Viruslar 70 dərəcədə məhv olur.

- Tanıdığınız, güvəndiyiniz brendin məhsulunu əldə edin.

- Ümumiyyətlə açıq satılan məhsullardan çəkinin. Məhsulu kim, harada, hansı şəraitdə istehsal edib, nə zaman piştaxtaya gətirib? Bunu qablaşmanın üzərində yazılan yazılardan öyrənə bilərsiniz. Unutmayın, bu yazılar sizin sığortanızdır".

# 3973
avatar

Oxşar yazılar