Koronavirusa qarşı peyvənd hazırlandı: amma…
29 yanvar 2020 12:09 (UTC +04:00)

Koronavirusa qarşı peyvənd hazırlandı: amma…

 

Honkonq mütəxəssisləri yeni koronavirus növü əleyhinə peyvənd hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, onu yalnız uğurlu kliniki sınaqdan sonra istifadə etmək mümkün olacaq. 

Məlumata görə, tədqiqatçılar qeyd ediblər ki, peyvəndin heyvanlar üzərində testdən keçirilməsinə bir neçə ay lazım olacaq. İnsanlar üzərində sınağa isə gələn ildən tez mümkün olmayacaq. 

Virusun yayılması Çinin Uhan şəhərində ötən ilin dekabr ayında başlayıb. Ümumilikdə 4,5 mindən çox insan virusa yoluxub. Bu virusa yoluxma Tailand, Avstraliya, Yaponiya, ABŞ, Malayziya, Almaniya, Fransa və digər ölkələrdə də müəyyən olunub. 

 

# 4603
avatar

Oxşar yazılar