Nazir məktəbli formalarının qiymətindən DANIŞDI
27 yanvar 2020 13:10 (UTC +04:00)

Nazir məktəbli formalarının qiymətindən DANIŞDI

Təhsil naziri Ceyhun Bayramov yeni məktəbli formalarının qiyməti ilə bağlı məsələyə münasibət bildirib. 

APA-nın məlumatına görə, nazir deyib ki, məktəbli formalarının qiymətinin yüksək olmaması tövsiyə edilib: "Bir sıra istehsalçılar buna riayət edir. Bizdə olan məlumata görə, istehsalçıların özü də qiymətlərin aşağı olmasında maraqlıdır. Çünki qiymət münasib olarsa, formalar da satılar".

C.Bayramov deyib ki, məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir: "Qanunvericiliyə əsasən, məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatın qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Amma qiymətlər keyfiyyət və formadan asılı olaraq istehsalçılardan asılıdır".

# 1291
avatar

Oxşar yazılar