Həcc ziyarətinin qiyməti AÇIQLANDI
24 yanvar 2020 15:34 (UTC +04:00)

Həcc ziyarətinin qiyməti AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarların  kvotası müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb.

Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar müəyyən edilib.

Bu gündən Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başlayıb. Sənədlərin qəbulu Ramazan ayının (may ayının sonu) sonuna kimi davam edəcək. 

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün zəvvarlar 4285 dollar ödəyib. Ötənilki kvota isə 1440 nəfər olub. 

Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətini QMİ təşkil edir. 

 

 

 

# 4047
avatar

Aygün İbrahimli

Oxşar yazılar