Azərbaycanlı 2800 manata görə Rusiyaya göndərilir
23 yanvar 2020 12:34 (UTC +04:00)

Azərbaycanlı 2800 manata görə Rusiyaya göndərilir

Övladlarına aliment verməyən 24 yaşlı Azərbaycan vətəndaşı Rusiyaya ekstradisiya olunacaq.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Başqırdıstanın Sibay Rayon Məhkəməsi onun barəsində 100 min rubl (təxminən 2800 manat) aliment borcu barədə qərar çıxarıb. Ötən ilin avqustunda isə onun barəsində axtarış elan edilib. Həmin məbləğ ödənildikdən sonra Azərbaycan vətəndaşı sərbəst buraxılacaq.

# 1166
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar