“Neftçi” ispaniyalı məşqçi ilə müqavilə bağladı
22 yanvar 2020 11:04 (UTC +04:00)

“Neftçi” ispaniyalı məşqçi ilə müqavilə bağladı

“Neftçi” məşqçilər korpusuna yeni təyinat olub. 

Apasport.az saytının məlumatına görə, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 

34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013-2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.

# 1768
avatar

Oxşar yazılar