900
18:55
21 Yanvar 2020

Azərbaycanda bu xəstəliklər üstünlük təşkil edir

İlkin məlumatlara əsasən 2020-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə

Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib.