Azərbaycanın bu ərazilərində yağıntılar azalıb - AÇIQLAMA
21 yanvar 2020 11:02 (UTC +04:00)

Azərbaycanın bu ərazilərində yağıntılar azalıb - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın arid və semiarid ərazilərinin səhralaşmasında iqlim amili” mövzusu üzrə araşdırmalar aparılıb.

AMEA-dan Lent.az-a verilən məlumata görə, alimlər iqlim dəyişmələrini tədqiq edərkən Azərbaycanın müxtəlif regionlarında havanın orta illik temperaturlarının və illik yağıntıların məlumatlarından istifadə ediblər. Müəyyən olunub ki, bütün ölkə ərazisində olduğu kimi arid və semiarid zonalarda Bakıda +0,8, Gəncədə +1,4, Ağstafada +1,4 və Naxçıvanda +0,8 dərəcə artıb. Atmosfer yağıntılarının orta illik miqdarının dəyişməsi müxtəlif istiqamətli olub.

Müşahidə dövrü ərzində illik atmosfer yağıntıları Ağstafada 88 mm (25 faiz), Naxçıvanda 7 mm (4 faiz) azalıb, Gəncədə isə 8 mm (3 faiz) artıb.

 

 

# 848
avatar

Aygün İbrahimli

Oxşar yazılar