Sabiq məhkumlardan narkotik maddə götürülüb
21 yanvar 2020 11:07 (UTC +04:00)

Sabiq məhkumlardan narkotik maddə götürülüb

Qaradağ rayon sakinlərindən narkotik maddə götürülüb.

Lent.az-ın məlumatına görə, Rayon Narkotiklərlə Mübarizə İdarəsi və 10-cu Polis Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçiriblər. Nəticədə, 50 yaşlı keçmiş məhkumlar M.Məmmədovdan 183 qram, R.Əsgərovdan 325 qram narkotik maddə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 745
avatar

Mehman Nəbiyev

Oxşar yazılar